Təbiət

Surinam pipa qurbağası

Surinam qurbağası Cənubi Amerikada yaşayır və dünyanın ən qəribə amfibiyalarından biridir. Adını yaşayış yerlərindən birinin - Surinamın şərəfinə almışdır. Boliviya, Ekvador, Kolumbiya, Braziliya, Trinidad və Tobaqoda, eləcə də Amazonun digər yerlərində rast gəlinir. Bu amfibiyanın bədəni düz, başı üçbucaq, gözləri isə kiçikdir. Erkəklərin uzunluğu 10-15 santimetrə, dişilərin uzunluğu 10-17 santimetrə çatır. Surinam pipası yumurtalarını kürəyində daşıyır. Yumurtalar dişinin kürəyinə yapışır, bundan sonra onların üstündə yeni dəri təbəqəsi əmələ gəlir. Balalar 12-20 həftə sonra doğulur.

 

Zəif görmə qabiliyyəti ilə həssas barmaqlar pipaların suyun altında hərəkət etməsinə kömək edir.

 

 

Bəzən Surinam pipaları satış üçün tutulur, lakin onlar üçün əsas təhlükə təbii yaşayış mühitinin məhv edilməsidir.

 

Adətən qurdları, kiçik balıqları, onurğasızları və xərçəngkimiləri ovlayırlar. Seçici deyil , qarşısına çıxan hər şeyi udur. Hətta başqa bir Surinam pipasını da.


Kamuflyaj rənginə görə, yarpaqların altında və ya gölməçələrin, çayların və cəngəllikdəki kiçik su hövzələrinin palçıqlarında gizlənə bilir.