Şeirlər

Mirmehdi Seyidzadə. "Duman"

Duman tutdu dağları,

Səfalı yaylaqları.

Görünmədi dərələr,

Çiçəkli mənzərələr.

 

Tutdu hər yanı külək,

Qovdu dumanı külək.

Qalmadı onun izi,

Açıldı göyün üzü.