Xəbərlər

Bu gün Beynəlxalq Memarlar günüdür

Bu gün Beynəlxalq Memarlar günüdür.

 

Ümumdünya Memarlıq Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis olunub. Hər ilin oktyabr ayının ilk bazar ertəsi memarların peşə bayramı beynəlxalq səviyyəsində qeyd edilir.

 

Ölkəmizdə də bu gün xüsusi qeyd olunur. Azərbaycan memarlığı qədim tarixi köklərə malikdir. Hələ ötən əsrlərdə Azərbaycanda daha çox Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışırdılar. O dövrdə də Azərbaycanın milli memarlıq kadrları var idi. Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa edilib.

 

XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa çox böyük diqqət yetirirdi.

 

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Hər bir ölkənin, hər bir xalqın memarlıq irsi memarlıq xəzinəsinə bir töhfədir. 

 

Bu gün insanların estetik tələbləri tam müasirləşib. Azərbaycan memarlıq sənətinin çox proqressiv ənənələrinin olduğunu nəzərə alsaq, insanların həyat tərzi, adətləri və milli xüsusiyyətləri də memarlıqda öz əksini tapmalıdır. Bütün bunlarla yanaşı, bütün dövrlərdə memarlığın qarşısında duran əsas vəzifə insanlar üçün rahat mühit, təhlükəsiz şərait yaratmaqdır.