Təbiət

Arktikanın Buz Çiçəkləri

Arktikada inanılmaz gözəl təbiət hadisəsi baş verir: nazik buz qatının səthi sanki buzlu çiçəklər ilə örtülür. Alimlər əmələ gələn bu təbiət fenomeninə “Buzlu çiçəklər” adı veriblər. 


Nazik buz qatının səthində yaranan bir neçə santimetr yüksəklikdəki kristalların bir neçə cəhətdən meydana gəldiyinə inanılır. Belə ki, onların meydana gəlməsi üçün bir neçə hava faktorunun üst-üstə düşməsi lazımdır:
1. Həddindən artıq nəmli havada su, soyumuş buz səthində kristallaşır. 2. Duzlu suyun üzəri buzla örtüldükdə buz məsamələrinin arasında duz kristalları əmələ gəlir.


Professor Qrey Uorster (M. Grae Worster) və Kembric Universiteti nəzdində Geofizika İnstitutundakı həmkarı Robert Stayl (Robert W. Style) nə nəmişliyin, nədə ki, duzun bununla əlaqəsi olmadığını müəyyən etdilər. Nəzəri hesablamalar apardıqdan və laboratoriya şəraitində sınaqdan keçirdikdən sonra belə qənaətə gəldilər ki, buz çiçəkləri “nazik buz təbəqəsi və onun temperaturu ilə havanın temperaturu arasında böyük bir fərqdən əmələ gəlir” Temperatur fərqi ən azı -20 ° C olmalıdır. Buna görə nəzəri olaraq buz çiçəkləri şirin sulu şəlalələrdə də yarana bilər.


Təəssüf ki, professor Uorsterin əldə etdiyi tədqiqatlara görə, buzlu çiçəklər qısa müddətlidir. Yalnız nazik, gənc buzun səthində "böyüyə" bilərlər. Axı, buzun qalınlığı artdıqca, onun səthindəki temperatur havanın istiliyinə yaxınlaşır və çiçəklər sadəcə yox olur. Bundan əlavə, buz çiçəklərinin ömrü nəmlə doymuş təbəqənin qalınlığı ilə əlaqəlidir. Və bu ölçü tamamilə dəyişkəndir - çünki külək kimi bir çox xarici amillərin təsiri altındadır.