Xəbərlər

Uşaqlar Google üçün “dudllar” yaradırlar

BAKI, 1 aprel (AZƏRTAC). Bu yaxınlarda “Google” şirkəti “Vokruq sveta”  jurnalı ilə birlikdə gənc rəssamlar arasında müsabiqə təşkil edib. “Google 2015 üçün dudl”  adlı müsabiqə bu dəfə  Rusiya təbiətinə  həsr olunub. Qalibin çəkdiyi rəsm 2015-ci il  aprelin 24-də  saytda yerləşdiriləcək və ona milyonlarla insan tamaşa edəcək. 
 
Dudl (“doodle” ingilis sözüdür, “səliqəsiz rəsm çəkmək” deməkdir) ”Google”nın ana səhifəsinin loqotipinin qeyri-adi bayram versiyasıdır.  Bu cür dudllar  bayramlar, böyük hadisələrin ildönümləri, yaxud məşhur rəssamların, tarixin gedişatını dəyişən  alim və  ixtiraçıların yubileyləri  şərəfinə yerləşdirilir. Həmin günlərdə “Google” öz loqotipini dudllar,  yəni həmin hadisələrə həsr olunmuş  illüstrasiya, animasiya və hətta  kiçik oyunlar ilə əvəz edir.