Bu maraqlıdır!

İzabela adası

İzabela və ya Albemarl adası Xristofor Kolumbun səyahətlərini maliyyələşdirən Kraliça İzabela Kastilyanın şərəfinə adlandırılıb. Ada Qalapaqos arxipelaqına daxil olan ən böyük adadır.

 

Sahəsi 4,640 km² olan ada arxipelaqın yeganə adasıdır ki, üzərindən ekvator xətti keçir.


Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,707 m hündürlükdə olan Vulf vulkanı hesab olunur. Adada 6 aktiv vulkan var: Darvin, Vulf, Alsedo, Serro-Asul və Santo-Tomas. Burada tez-tez lava axınları müşahidə edilir. Vulf vulkanının kraterində göl yerləşir. 1813-cü ildə Darvin vulkanı güclü püskürmüş, gücü 8 bal olaraq qiymətləndirilib.


Adada Qalapaqos pinqvinləri, uça bilməyən quş sayılan Qalapaqos baklanları (Phalacrocorax harrisi), dəniz iquanaları, xərçəngkimilər və başqa canlılar yaşayır.
İzabela adası özünəməxsus faunaya sahibdir.