Xəbərlər

Bu gün Ümumdünya Yumurta Günüdür

Dünyanın bir çox ölkələrində oktyabr ayının ikinci cümə günü Ümumdünya Yumurta Günü kimi qeyd olunur. 

 

Yumurtaya həsr olunmuş günün oktyabrın ikinci cümə günündə keçirilməsi fikri 1996-cı ildə Beynəlxalq Yumurta Komissiyasının Vyanada keçirilən konfransında təstiq edilib.

 

Yumurta bütün ölkələrin və mədəniyyətlərin kulinariyasında istifadə olunur. Kulinariyada yumurtadan ən müxtəlif formalarda istifadə etmək mümkündür.

 

Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir. Vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Həmçinin yumurta sarısı dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının qarşısını alır, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Yumurta sarısının tərkibində "Lesitin" maddəsi vardır ki, bu maddə qaraciyər və öd yollarının funksiyasının yaxşılaşmasına kömək edir. Lesitin skleroz əleyhinə təsir edir, beyni qidlndırmaqla hafizəni yaxşılşdırır.

 

Xolin-yumurta sarısında olan bu məddə süd vəzisinin xərçəngini azaladır, şiş əmələ gəlməsinin qarşısını 24 % azaldır.

 

Yumurta ağı B qrup vitaminlə zəngin olduğu üçün insan orqanizmi üçün çox qiymətlidir.

 

Orqanizmin gündəlik 25% aminturşulara olan təlabatını yumurta ödəyir. Bütün bunlara baxmayaraq yumurtanı çox miqdarda qəbul etmək də düz deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.

 

Yumurta "Niasin" maddəsi ilə də zəngindir. Bu maddə beynin qidalanmasın kömək edir, cinsi hormanların əmələ gəlməsini asanlşdırır, qaraciyərdən zəhərli maddələrin xaric olmasına yardım edir.

 

Yumurtada olan B9 - fol turşusu hamilə qadınlar üçün çox vacibdir. Belə ki, bu vitamin dölün normal inkişafına dəstək verməklə, uşağın sağlam doğulmasına yardım edir.