Xəbərlər

“Məktəbimizdə” fotorubrikası davam edir

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.

 

Təhsil müəssisəsində oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Son 5 ildə məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60 faiz olub.

 

“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.