Bu maraqlıdır!

Hindistanda “Canlı körpülər”

Yaşı beş yüz ilə çatan Canlı Körpülər Hindistanın Meqhalaya əyalətində yerləşir. Bu körpülərə adətən, dünyada ən çox yağıntı düşən yaşayış məntəqələrdən biri olan, Himalay dağlarının cənub-şərq yamacında 1,3 min metr yüksəklikdə yerləşən Çerapunci şəhərində rast gəlmək mümkündür.


Körpülər ənənəvi olaraq Kxasi və Cantiya xalqları tərəfindən rezin (kauçuk) ağacının köklərindən yaradılır. Bəzən bütün proses 15 il çəkir, ancaq körpülər əlli nəfərin agırlığına tab gətirə bilər və uzunluğu otuz metrə çatır. 20-ci əsrdən bəri bu canlı asma körpülər həmişə turistlərin diqqətini çəkən bölgənin xüsusi bir məkanına çevrildi.


İlk dəfə köklərdən körpü inşa etmək Denis P. Rayt tərəfindən  gündəmə gəldi. Çerapuncidə hər il on bir min millimetrdən çox yağıntının düşdüyünü nəzərə alsaq, inanılmaz dərəcədə rütubətli yer canlı körpülərinin alınması üçün əlverişli oldu. 


Ümumiyyətlə, kauçuk ağacı təxminən qırx metrə çatan həmişəyaşıl bir ağacdır. Bu ağacın kökləri yerin daxilinə deyil, əksinə çölə çıxır. Kökün böyüməsi prosesini düzgün istiqamətə yönəltmək üçün xüsusi çərçivələrdən istifadə olunur. Canlı körpünün böyüməsi bir qədər uzun bir prosesdir və xüsusi diqqət və baxım tələb edir.


Zamanla körpü daha da güclənir və kökləri  polad kimi bərk olur. Üstəlik, adi körpülərdən fərqli olaraq, canlı körpülər illər ərzində daha etibarlı və möhkəm olur və heç bir təmirə ehtiyac qalmır.