Bu maraqlıdır!

Lombok adası

Lombok (ind. Lombok) — İndoneziyaya məxsus olan, İndoneziyanın Cənub Nusa Tenggra bölgəsində yerləşən turistik bir adadır. "Kiçik su adaları" olaraq adlandırılan Lombok, cənubdan Hind okeanı, şimaldan isə Sakit okeana daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır.


Lombok - Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Əsas inzibati mərkəzi - Mataram şəhəridir. Adanın ərazisi dörd dairəyə bölünür.


Adanın sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır. Bu dağ hündürlüyünə görə İndoneziyanın ən hündür üçüncü zirvəsidir. Cənub hissəsi isə yayla düzənliklərdən ibarətdir. Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır.


Bali adasına sadəcə bir neçə uzaqlıqda yerləşən Lombok adası - ətrafı dənizlərlə əhatə olunan, hələ tam kəşf edilməmiş bir yerdir. Ada heyrətamiz təbiəti, qumsalları, palma ağacları və müxtəlif faunası ilə turistləri heyran edir. Ən məşhur qumsallarından biri adanın cənubundakı Kutadır.


Ada faydalı qazıntıları ilə zəngindir. Əsasən burada zəngin əlvan metal yataqları vardır. Üstəlik burada qurğuşun, qalay, dəmir, manqan, sink, gümüş və qızıl çıxarılır.


Ada ekvatorial-mussondur. Bu demək olar ki, Malay arxipelaqı adalarına xas iqlimdir. Dağlara doğru qalxdıqca isə iqlim şəraiti kəskin dəyişir. Yağışlar mövsümü oktyabrdan aprelə qədər davam edir. Yağıntının ən yüksək olduğu dövr isə dekabr-fevral ayları müşahidə edilir. Orta illik yağıntının miqdarı 1600 mm təşkil edir. Orta illik temperatur isə 26° S olur.


Adanın qərbində Lombok boğazında Uolles xətti keçir. Bu xətt rəsmi olaraq Asiya və Avstraliya qitələrinin sərhədidir. Bu keçidlik özünü flora və faunada göstərir.


Rincani vulkanın kraterində Seraqa Anak gölü yerləşir. 1997-ci ildə ərazidə park yaradılmışdır. Adanın yeganə endemik quş növü 2013-ci ildə aşkarlanan Otus jolandae quşudur.


Lombok adasında 3 milyondan çox insan yaşayır. Cənub və şərq hissələrdə insanlar əsasən platolarda cəmləşiblər. Dağlıq ərazilərdə isə əhali azdır. Adanın 80 % əhalisi sasan xalqına mənsubdur. Yerdə qalan 10 % əhali Bali xalqıdır. Bundan əlavə adada az miqdarda çinlilər, yavalılar və İndoneziyanın digər xalqları yaşayır.


Adanın nisbətən yaşlı əhalisi sərnət olaraq İndoneziya dilində danışa bilirlər. Bununla belə əhali sərbərt şəkildə öz dillərində danışa bilirlər. Əhalinin 90 % müsəlmanlardır.


Adanın əsas gəlir mənbəyi turizmdir. Xarici turistlər əsasən adanın təbiəti və tarixi abidələri müşahidə edirlər. Ada dayvinq həvaskarlarını özünə cəlb edir.


Adada turizmin inkişafını əsas səbəblərindən biri onun İndoneziyanın ən iri turizm mərkəzi olan Bali adasına yaxınlığıdır. Bali adasına gələn turistlər oradan Lombok adasına gəlirlər.

Adada əhalinin bir hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Aqrar sənaye əsasən sahil zolağı və düzənlik ərazilərində müşahidə edilir. Burada düyü, qarğıdalı, tərəvəz və kofe (XIX əsrdən) yetişdirilir. Üstəlik adada davar, at və toyuq kimi canlılar saxlanılır.


Sahil zolağındanda balıqçılıq inkişaf etmişdir. Muncuq hasilatı muncuq yetişdirmə fabrikləri hesabına təmin edilir. Daxili hissələrdə yetişdirilən bal bütün İndoneziyada məşhurdur.


Adada tekstil sahəsi yüksək inkişafa malikdir. Metallurgiya sənayesi hələ holland işğalı dönəmindən məlumdur. 2006-cı ildən sənayenin bu sahəsi ekoloji problem səbəbindən fəaliyyətini dayandırmışdır. Son zamanlar adada zəngin qızıl yatağı aşkarlanıb.