Təbiət

Ekzotik meyvə: Barmaq əhəngi

“Barmaq əhəngi” və ya “Avstraliyanın finger laymı” adlandırılan bu sitrus meyvə Şərqi Avstraliyada miniatür ağac və ya kol şəklində yetişir. Əgər ağacdırsa, 8 metrədək böyüyə bilir, kol şəklində isə hündürlüyü 3 m-ə, eni isə 2,5 m-ə çatır. Yarım metr hündürlüyə çatdıqdan sonra bitki meyvə verməyə başlayır. 


Bitkinin çiçəkləməsi yayın sonunda, payızın isə əvvəlində baş verir. Uzunluğu təxminən 12 santimetr və diametri 3 sm olan meyvələr barmaqlara çox bənzəyir.

Barmaq əhəngi meyvəsi oval-silindrik formada olur. Demək olar ki, tünd qırmızı və ya qara rəngdədir. Yetişdikdə yaşıl rəngə çevrilir və ya qırmızı, bənövşəyi və qəhvəyi rənglərin müxtəlif çalarlarına sahib olur. 


Meyvənin ləti balıq kürüsünü xatırladır. Buna görə bəzən onu “əhəng kürüsü” də adlandırırlar. Meyvənin daxilində kiçik soğanaqlar şirəni özündə saxlayır. Kiçik kürü dənələri ağızda çeynənmə zamanı partlayır və sitrus meyvələrinin qarışıq tamını verir. 


Hazırda barmaq əhəngi meyvəsinin kolları və ağacları ekzotik ağac sayılaraq istixanalarda və ya xüsusi bağlarda yetişdirilir.