Şeirlər

Teymur Elçin. "Din, Dan"

Səhər məni

Oyat sən,

Saat, sən!

 Din, dan,

Din, dan,

Din, dan.
 

Bax sən yatma,

Oyaq qal;

Oxu, çal.

 Din, dan,

Din, dan,

Din, dan.

Mən bərk yatsam,

Zəngi vur,

Səslə: dur!

 Din, dan,

Din, dan,

Din, dan.