Təbiət

"İnsan üzlü" sazan balığı

Çində, Yunnan əyalətinin Kunming şəhəri yaxınlığındakı bir gölməçədə turistlər tərəfindən videoya çəkilən sazan balığı sosial şəbəkələrdə böyük səs küyə səbəb olub. 


Belə ki, balığın üz bölgəsində insan gözlərinin yuvalarına, burnuna və ağzına bənzəyən tünd ləkələri onu insana oxşadır.


Görüntü Çinin populyar saytı olan Weiboda “Balıq Pəriyə Döndü” sözləriylə paylaşılıb. 


Məlum olub ki, bu sazan növünün balıqlarında ləkələr bəzən insan üzünün cizgilərini xatırladır.