Bu maraqlıdır!

Qar üzərində rəsmlər: Saymon Bek dünyanı möhtəşəm əsərləri ilə heyran edir

Qarın üzərini ayaqları ilə tapdalayaraq saylarla şah əsəri yaradan fransız rəssamı Saymon Bek sosial şəbəkədə izləyicilər tərəfindən maraqlı izlənilir. 


Saymon yalnız qarda gəzmir, nə də idmanla məşğul olmur! O, on millərlə addım atır, kilometrlərlə gəzir və qar üzərində möhtəşəm naxışlar, nəhəng çiçəklər, ulduzlar və ürəklər yaradır! Bu sənətkarın əsərləri qışa şən əhval ruhiyyə bəxş edir və soyuq mövsümü sevməyənləri də laqeyd qoymur.


55 yaşlı sənətkarın yaratdığı əsas naxışlar -  qar dənəcikləri və kubları olan spirallar, həmçinin daha abstrakt naxışlardır. Sənətkar əsərlərinin daha dəqiq və gözəl görünüşə sahib olması üçün kompasın köməyindən istifadə edir. Bek rəsmlərini hər qış Fransanın Alp dağlarında qış mövsümü gəldiyində yaradır.


İlk dəfə 2004-cü ildə Saymon Milad bayramı ərəfəsində bu cür qeyri-adi bir sənət əsəri yaratmağa başladı. 


Oksfordda texniki elmlər öyrənən Saymon Bek, dünyanın bir çox ölkəsində tanınmış sənətkara çevriləcəyini gözləmirdi. O, bütün əsərlərini Facebook sosial şəbəkəsindəki səhifəsində fotoşəkillərlə nümayiş etdirir. 


Yaranan əsərlər möhtəşəm olsa da, onların ömrü cəmi bir gün çəkir: qar yağır, naxışlar yox olur. Lakin Bek buna görə kədərlənmir, o, yeni rəsmlər yaratmağa başlayır.