Xəbərlər

Tədqiqatçı şagirdlər - “Kiçik Akademiya” üzvləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində yaradılan “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir.


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Kiçik Akademiya”ların elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu vardır.


“Kiçik Akademiya”ya rəhbərlik edən müəllimlər üçün də təlimlər keçirilir. “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdəndir.