Bu maraqlıdır!

Maraqlı faktlar

• Kamboca dili dünyada ən böyük əlifbadır. Belə ki, bu xalqın əlifbasında 74 hərf var. 
 
• Tanınmış ingilis dramaturqu Uilyam Şekspir 1700 yeni sözün müəllifidir. 
 
• Cənubi Afrikada tayfalardan biri xameleonu “rəngli insancıq” adlandırır. 
 
• Kosmosda ilk dəfə danışılan dil rus dilidir. 
 
• Yeni dilin öyrənilməsi təxminən 480 saat çəkir. 
 
• Papua Yeni Qvineyadakı “Rotokas” dilinin əlifbasında sadəcə, 11 hərf mövcuddur. Bu dünyadakı ən kiçik əlifbadır.
 
• Fillər vəhşi arı dəstəsini görəndə gurultulu səs çıxarırlar ki, başqaları duyuq düşsün. 
 
• XVIII əsrdə nida işarəsi təəccübü ifadə edirdi. 
 
• Çində ingiliscə ABŞ-da olduğundan daha çox danışırlar.    
 
• Konqo Demokratik Respublikasının paytaxtı olan Kinşasa şəhəri dünyada fransızdilli ikinci ölkəsidir. 
 
• Dovşanlar bir əşyanın onlara məxsus olduğunu göstərmək üçün üzlərinə sürtürlər.  
 
• Qədim yunan dilindən tərcümədə hippopotam "çay atı" deməkdir.
 
• Dünyada insanların bir-biri ilə ünsiyyət qurduğu, danışdığı təxminən 7000 dil var.
 
• Osminoqlar səs çıxarmaq əvəzinə ünsiyyət quraraq rənglərini dəyişirlər. 
 
• Toyuqlar öz cücələri ilə yumurtadan çıxmamışdan bir gün əvvəl danışmağa başlayırlar. 
 
• Dünyada körpələrin əksəriyyəti dil açanda ilk işlətdikləri söz "baba"dır. 
 
• Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə, onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.   
 
• Körpənin fərqli dillərdəki qışqırıqları fərqli səslənə bilər.
 
• Papua Yeni Qvineyada insanlar dünyanın hər hansı bir ölkəsindən daha çox, təxminən 840 dildə danışırlar.  
 
• Polşada "Zoluşka" cizgi filmi "Kopciusezek" (siqaret çəkənlər) adlanır.
 
• Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dili mövcuddur: ingilis, fransız, ərəb, çin, rus və ispan.
 
• “Qrinder” deyilən böcək Morse koduna bənzər bir rabitə sistemindən istifadə edir.
 
• Lir quşunu Ulduz döyüşlərində druidin səsini çıxardığına görə "R2-D2" quşu deyə də çağırırlar. 
 
•   İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan silbo dili sadəcə, fitdən ibarətdir. Yəni əhali bir-biri ilə yalnız fit verməklə danışırlar. 
 
• 11 rəsmi dilə malik olan Cənubi Afrika Respublikası başqa ölkələrdən daha çox rəsmi dilə sahibdir.
 
• Dünyada ən çox -2454 fərqli dilə tərcümə olunan kitab İncildir. Ən çox tərcümə olunan ikinci kitab isə “Pinokkio”dur.