Təbiət

Quam

Quam (ing. Territory of Guam) – Sakit okeanında Marian adaları arxipelaqında yerləşən olduqca böyük (meridional istiqamətdə təxminən 50 km uzunluğunda) adadır.


Quam - Sakit okeanın ən cənubunda yerləşən adadır. Ada Havay adalarının 5 min kilometr qərbində yerləşir. 


Mikroneziya və Okeaniya bölgələrinə daxildir. Hüquqi baxımdan muxtar statusa malikdir, lakin ABŞ-a məxsus bir ərazidir. Quam siyasi baxımdan ABŞ-dan tam asılı olsa da, daxili məsələlərin həll edilməsinə müəyyən səlahiyyətləri vardır. Ada ABŞ prezidenti tərəfindən təyin edilən qubernator tərəfindən idarə edilir.


Quamın paytaxtı təxminən 1000 əhalisi olan Haqatnadır. 


Quam, Sakit Okeanın qərb hissəsində ekvatordan 1444 km şimalda yerləşir. 


Quam - dünyada mərcan yolları olan yeganə ölkədir. Quamda təbii qum yoxdur, buna görə orada asfaltı mərcan və neftdən düzəldirlər.


Quamın iqlimi tropik mussondur. Orta illik temperatur 26-30 ° C arasındadır, orta illik yağıntının miqdarı təxminən 2509 mm'dir.


Quamın yalnız iki fəsli var: nəmli və quru. Nəmli mövsümü iyundan noyabr ayına, quru mövsüm isə dekabrdan maya qədərdir. Quru qış-yaz mövsümündə şimal-şərq küləkləri əsir, cənub-qərb musson yağışları yağır.


Əhalisi
Quam adasında 2007-ci ildə aparılmış əhalinin sayımına əsasən adada 173.456 nəfər yaşayır. Ada əhalisinin 57% ispan mənşəli Kamorlar təşkil edir. Quamda yaşayan ikinci böyük etnik qrup Filippinlilərdir. Onlar ada əhalisinin 25% təşkil edirlər. Çinli, Yapon və Koreyalı kimi xalqların nümayəndələridə adada kompakt şəkildə yaşayır. Quamda iki dil danışılır. Ada əhalisinin 98% ingilis dilini başa düşür. Bu dillə yanaşı, Komorlar tərəfindən danışılan Komor dilidə ən çox danışılan ikinci dildir.


Tarixi
1521-ci ildə portuqal səyyah Ferdinand Magellan ispanlar tərəfindən Quama göndərilmişdir. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.


1900 - 1930-cu illərdə ABŞ adadan əsasən hərbi uçuşları gercəkləşdirmək məqsədi ilə istifadə edirdi. İkinci dünya müharibəsindən az əvvəl ABŞ Quam adasından hərbi məqsədlə istifadə etmişdir. Həmin illərdə ada təyyarələrin əsas yanacaq doldurma mərkəzi hesab edilirdi. 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edildi. 3 il Yapon işğalında qalan ada yalnız 1944-cü ildə azad edilmişdir. 1950-ci ildə konqres tərəfindən qəbul olunan xüsusi qərara əsasən ABŞ Federal Torpaqlarına Quamda əlavə edildi. Bununla adada yaşayan yerli əhali ABŞ vətəndaşlığına qəbul edildi və ada rəsmən ABŞ-ın nəzarətinə keçdi.


Flora və faunası
Quam - geniş savannalar, palma ağacları və tropikal yağış meşələri ilə zəngindir. Adanın florası zəngin və müxtəlifdir. Faunası isə kasıbdır.


Yerli məməlilərdən yalnız bir neçə gəmiricinin adını çəkmək olar. Quşların çeşidi nəzərəçarpacaq dərəcədə azalıb: Quamla hərbi yüklər arasında müharibə zamanı, zəhərli (insanlar üçün təhlükəli olmayan) qəhvəyi ilan təsadüfən gətirilib. Təbii düşmənləri olmayan ilan inanılmaz dərəcədə çoxalıb və adanın bütün kiçik heyvanlarını məhv edib. Hazırda Quamın hər kvadrat kilometrində 2 min qəhvəyi ilana rast gəlmək mümkündür.