Afişa

İncəsənət Gimnaziyasında “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, “Sizi tanıyaq” layihəsi çərçivəsində reallaşacaq tədbir imkansız ailələrin övladları, sağlamlıq problemi olan uşaqlar üçün nəzərdə tutulub.

 

Giriş sərbəstdir.