Yumor

Boyaqçı Molla Nəsrəddin

Molla Nəsrəddin bir boyaqxana dükanı açıb boyaqçılıq eləməyə başlayır. Bir gün birisi paltarlıq şal gətirib deyir:


— Molla, bunu boya.


— Nə rəngə boyuyum?


— Elə rəngə boya ki, ondan dünyada olmasın.


— Necə yəni "dünyada olmasın?!"


— Yəni nə qırmızı olsun, nə qara, nə göy, nə yaşıl, nə sarı, nə də ki, ağ olsun. Aydındırmı?


— Kefin istədiyi kimi boyayaram.


— Yaxşı, nə vaxt gəlim aparım?


— Elə gün gəl ki, nə şənbə olsun, nə bazar, nə bazar ertəsi, nə tək, nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü.