Nağıllar, hekayələr

Xəsis və qızılları

Biri var idi, biri yox idi, güllü-çiçəkli, böyük bağı olan bir evdə yaşayan qoca bir xəsis kişi var idi. Xəsis həmişə qızıllarının hamısını bağda bir çuxura gizlədərdi. Hər gün yatmazdan əvvəl qızılları gizlətdiyi yerə gedib onları sayardı, ancaq bir dəfə də olsun qızıllarından heç birini xərcləməmişdi.

 

Bir gün bir oğru qoca xəsisin qızıllarından xəbər tutdu və hara gizlətdiyini öyrəndi, daha sonra xəsisin evinə qayıtmasını gözlədi. Qaranlıq düşdükdən sonra oğru xəsisin qızıllarını gizlətdiyi yerə gedib qızılların hamısı oğurladı. Ertəsi gün yaşlı xəsis xəzinəsinin yoxa çıxdığını görüb bərkdən ağlamağa başladı.

 

Xəsisin ağlama səsini eşidən qonşu nə baş verdiyini öyrənməyə üçün kişiyə yaxınlaşdı. Hadisəni öyrənən qonşu soruşdu: "Niyə pulu evdə saxlamadın ki? Əgər evdə saxlasaydın nəsə almaq istəsən, asanlıqla puldan istifadə edə bilərdin!”

 

“Almaq?”, xəsis dedi. “Mən heç vaxt o qızıllarla nəsə almamışam. Mən heç vaxt onları xərcləmərəm”.

 

Bunu eşidən qonşu xəsisin qızıllarını gizlətdiyi çuxura bir daş atdı və dedi, “İndiki ki belədi, onda bu daşı da gizlət. Bu daş da sənin itirdiyin qızıllar qədər dəyərsizdir”.