Bu maraqlıdır!

Mon-Sen-Mişel qala-adası

Mon-Sen-Mişel (fr. Mont Saint-Michel) — Fransanın şimal-qərbində, Normanidiyada yerləşən ada-qalaya çevrilmiş kiçik bir qayalıq adadır. 


Adada 709-cu ildə şəhər salınıb. Ada Müqəddəs Mixailin şərəfinə bu cür adlandırıb. Buranın  Bibliya ilə əlaqədar olması haqqında əfsanə çox məşhurdur. Bu əfsanəyə görə, müqəddəs Mixail məhz burada əjdaha cildinə girmiş iblislə savaşmışdır.


Buranın bütün dünyada analoqu yoxdur. 1000 ildir ki, dünyanın hər yerindən olan zəvvarlar və səyahətçilər ən qədim kilsə mərkəzinə və memarlıq abidəsinə tamaşa etmək üçün – Mon-Sen-Mişel adası və qalasına axın edirlər.


Bu yer populyarlıqda Fransanın rəmzi sayılan Eyfel qülləsindən və Versal sarayından sonra Normandiyada ikincidir. İl ərzində buranı 3 milyona qədər qonaq ziyarət edir.


Qala-şəhər kafeləri, restoranları, kiçik suvenir dükkanları, muzeyləri, rəngli küçələri, kilsəsi və XV-XVI əsrlərə aid köhnə evləri ilə məşhurdur. Qaladan ətrafdakı mənzərələrə heyranedici bir mənzərə açılır.


Fransızlar buranı “dünyanın səkkizinci möcüzəsi” adlandırmağı sevirlər, lakin Avropa ölkələrinin sakinləri isə buranı “Qərbi Avropanın əsl xəzinəsi” adlandırırlar.


Hal-hazırda orada 80 nəfər yaşayır. 1979-cu ildə Mon-Sen-Mişel YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.