Bu maraqlıdır!

Dünyanın ən qədim astronomik saatı

Dünyanın ən qədim astronomik saatı Çexiyanın paytaxtı Praqada yerləşir. Praqa astronomik saatı və ya Praqa orloyu adlanan bu saat orta əsrlərə aiddir. İlk dəfə 1410-cu ildə quraşdırılmış və dünyanın üç ən qədim astronomik saatından biri olmaqla yanaşı işləyən ən qədim astronomik saatdır. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi" və zamanı dayandıran Ölüm fiqurunu (skelet şəklində təsvir olunub) göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı.

 

Yerli əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər, saatın yaxşı fəaliyyəti təhlükədədir və yanda hərəkət edən ölüm fiquru başını qabağa əyərək bunu təsdiq edir. Əfsanəyə görə, yeganə ümid Yeni il gecəsi doğulacaq oğlan uşağınadır. O Saat haqqında mənbələrdə ilk xatırlanma 1410-cu il oktyabrın 9-na aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi. Əvvəllər belə hesab edilirdi ki, Orloy 1490-cı ildə saat ustası Yan Ruze (həm də Hanuş kimi tanınır) tərəfindən quraşdırılıb; lakin hazırda bunun tarixi səhv olduğu bilinir. Hanuş sadəcə saatı yenidən təmir etmişdir. Rəvayətə görə, hətta başqa yerdə belə bir saat işləyə bilməməsi üçün saatsaz Hanuş Praqa Bələdiyyə Məclisi üzvləri tərəfindən kor edilmişdi. Saatın komponentlərindən biri astronomik sfreblatdır. Astronomik sfreblat yer kürəsi və səmanı təsvir edən zəminə və onu əhatə edən, dörd hərəkətli komponentə malikdir: zodiakal halqa, xarici fırlanan halqa, günəşi təmsil edən halqa və ayı təsvir edən halqa. Zodikal halqaya gəldikdə isə qalın xarici kənarın daxilində başqa bir hərəkət edən halqa yerləşir ki, bu halqanın da üzərində günəş tutulmalarını hesablamağa kömək edən zodiak işarələri var.  Həmin işarələr saat istiqamətinin əksinə düzülüb. Bu hissədə Günəş, saat istiqamətinin əleyhinə, Xərçəngdən Şirə doğru fırlanır. Saatın cinahlarında onu quraşdıran müəlliflərin məqsədini ifadə edən dörd hərəkətli fiqur yerləşir və onlar hər saatda yerlərini dəyişirlər. Saatın aşağısında yerləşən təqvim dairəsi 1880-ci ildə kopya ilə əvəzlənmişdir. Orijinal təqvim isə Praqa muzeyində saxlanılır. Saat təsvir edilməklə bitməyəcək qədər məlumat və tarixi özündə birləşdirir.