Görkəmli şəxsiyyətlər

Dünyanın yeddi möcüzəsi. Halikarnas mavzoleyi

Halikarnas mavzoleyi - Kariya hökmdarı Mavsolun sərdabəsi - dünyanın  yeddi möcüzəsindən biridir. Halikarnasdakı (Türkiyənin indiki Bodrum şəhəri) bu əzəmətli məqbərə eramızdan əvvəl IV əsrdə hökmdar Mavsolun  arvadı məlikə Artemisiya tərəfindən tikdirilmişdir. Bura  ziqqurat (müqəddəs dağ) hesab olunurdu, yəni o  eyni zamanda, həm sərdaba, həm məbəd, həm də abidə idi. Qeyd etmək lazımdır ki, “mavzoley” sözü Kariyanın qəddar hökmdarı Mavsolun adından yaranmışdır. Halikarnas mavzoleyi üçyaruslu tikilidir. Sərdaba Makedoniyalı İsgəndər tərəfindən işğalına, I minilliyin əvvəlində piratların hücumuna da dözə bilmişdir. Lakin XV əsrin əvvəllərində maltiyalılar Kiçik Asiyaya gəlmiş və binanı yerlə-yeksan etmişlər. Los-Ancelesdə Bələdiyyə Binasının, İndianada Döyüşçülər Memorialının, Londonda müqəddəs Corc kilsəsinin və bir çox digər müasir memarlıq abidələrinin tikintisində Halikarnas mavzoleyinin layihəsindən istifadə olunmuşdur.