Xəbərlər

Novruz ustad dərsi: Vitraj boyalarla güldanın bəzədilməsi

Martın 17-də “USL klub”da “Vitraj boyalarla güldanın bəzədilməsi” mövzusunda bayram ustad dərsi keçiriləcək.  AZƏRTAC xəbər verir ki, ustad dərsi 10 yaşlı və daha böyük uşaqlar üçün nəzərdə tutulub.

 

Dərslər saat 14:00-da başlayacaq. Vitraj boyalarla şüşə üzərində rəsm həm əyləncəli, həm də yaradıcı prosesdir.

 

Qeyd edək ki, Bahar bayramı ərəfəsində “USL klub”da uşaqlar üçün Novruza hazırlıq silsilə tədbirləri keçiriləcək. Mərkəzdə Novruz bayramı ilə əlaqədar ustad dərsləri təşkil olunacaq.