Şeirlər

Abbas Səhhət “Payız çağında”

Payız çağında hər səhər soyuq-soyuq külək əsər.
Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,
Xəzan ayında meyvələr şüru edər savılmağa.
Bazara turp, kök, kələm, soğan gələr satılmağa,
Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa.
Köçər o vaxt el-oba, enər tamamı qışlağa,
Günüzlərin qısalması yetər bu vaxt qayətə.
Gecələrin uzanması yetər o dəm nəhayətə,
O vaxt şəhrü qəryənin məkatibi güşad olur.
Oxumağa uşaqların həvəsləri ziyad olur.