Təbiət

Sarkosom göbələyi

Şarabənzər Sarkosom göbələyi - Qırmızı Kitaba düşmüş çox nadir göbələk növüdür. Yeyilmir, lakin çox şəfalı hesab olunur. Göbələk, xalq arasında "yer yağı" adlandırılan açıq rəngli maye ilə doludur.


Sarkosom göbələyi yuvarlaq, boyu 5-10 sm, diametri 3-7 sm təşkil edir, lakin bəziləri daha da böyüyür və nəhəng ölçüyə çatır. Göbələk qəhvəyi rəngdədir. Gənc göbələklərin hamar, yetkin göbələyin məxmər, yaşlı göbələyin isə quru və qırışmış səthi olur. 8-10 ədəddən ibarət kiçik qruplarla yetişir. 


Göbələyin üst hissəsində daxili mayeni əhatə edən bir disk yerləşir. Daxili maye qoxusuzdur. Dərman olaraq istifadə edilən bu mayeyə görə sarkosom göbələyi qiymətli hesab edilir. Tədqiqatlar göstərir ki, mayenin tərkibini müxtəlif şəkər, 18 yağ turşusu və bir sıra amin turşuları təşkil edir: qlisin, sistein, valin, histidin, lizin. Yaxşı bir biostimulyator sayılır, bədənə cavanlaşdırıcı təsir göstərir, sinir gərginliyini azaldır, revmatizmə qarşı bir vasitə kimi istifadə olunur. Mütəxəsisslər göbələyi tamamilə fantastik xüsusiyyəti olan “onkoloji müalicəsinə” görə yüksək qiymətləndirirlər. 


Sarkosom göbələyi şam ağacları və kollar arasında iynəyarpaqlı meşələrdə böyüməyə üstünlük verir. Bu göbələk sivilizasiyadan uzaq ərazilərdə böyüyür. Göbələk əsasən yazda, qar əriyən zaman, aprel - may aylarında yetişir. 


Müxtəlif mənbələrə görə, Sarkozom göbələyi hər 3 ildən bir, hətta 8-10 ildən bir yetişir. 


Növ əsasən Sibir, Ural, eləcə də Rusiyanın bəzi meşələrində yetişir. Dünyada sarkosom göbələyi Avropa və Şimali Amerikada yayılıb. Tatarıstan Respublikasının, Arxangelsk, Moskva, Tümen və Kirov bölgələrinin Qırmızı Kitablarına daxil edilib.