Görkəmli şəxsiyyətlər

Aleksandr fon Humboldt

Aleksandr fon Humbolt (14 dekabr 1742 – 16 yanvar 1806)  — alman alim-ensiklopedisti, tədqiqatçısı, coğrafiyaşünası, botaniki, zooloq və səyyahı, bitkilərin coğrafiyası təliminin banisi olub.

 

Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olub. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil alan Humbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağırılıb.


Humbolt 18 yaşında Frankfurt, Berlin universitetlərində mühazirələr dinləyib, daha sonra Freyberq akademiyasında təhsilini davam etdirməklə geniş biliyə malik olub. 

 

1789-cu ildə ilk səyahətini Qərbi Almaniyadan başlayan alim, sonradan ekspedisiyasını Reyn çayı hövzəsində davam etdirməklə Reyn hövzəsinin bazaltları haqqında birinci elmi işini yazıb.

 

1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə İspan hakimiyyətindən icazə alır. Hər ikisi "Pisarro" gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxır. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. 

 

Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə quraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. 

 

Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotonaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə edib. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-ın Delavar körfəzindən Avropaya qayıdırlar.

 

Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olub. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunub. 

 

Məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olub. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaradan alimlərdən olub, izotermlərin verilməsini təklif edib. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilib. İlk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu verib.

 

Yer qabığının quruluşu haqqında "Plutonislərin"bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoyub. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik "Kosmos" əsərində öz əksini tapıb.

 

Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilib.


Berlin universiteti Aleksandr və Vilhelm Humboldt qardaşlarının şərəfinə adlandırılıb.