Bu maraqlıdır!

Suda üzən yeganə daş: Pemza

Pemza (pumisit) - lavanın sürətlə bərkiməsi zamanı, qaz püskürməsi nəticəsində əmələ gələn məsaməli vulkanik daş (şüşə) parçasıdır. Pemza daşı suda üzən yeganə daşdır.

 

Pemza sözü İtalyan sözü olub, dilimizdə «süngərdaşı», «köpükdaşı», «nasırdaşı» kimi bir çox adla tanınır. Açıq rəngli, mavi, qəhvəyi, yaşıl və qara rənglərdə olur. Pemzanın rəngi tərkibindəki dəmirdən asılıdır.

 

Sıxlığı 2000-2300 kq / m3. Sərtliyi mohs şkalasına görə 5-6-dır. Yüngüldür. Yanğına davamlıdır.

 

Pemza daşları, ümumiyyətlə, partlayışlı püskürmələr zamanı meydana gəlir. Tərkibində vulkanik şüşə, tüf ,küllər, həmçinin müxtəlif kristal inklüzyonlar - plagioklaz, kvars, monoklin və romb piroksenləri, mika fenokristləri vardır.

 

Pemzanın kimyəvi birləşməsi: % 60-75 SiO2 , % 13-17 Al2O3 , % 1-3 Fe2O3 , % 1-2 CaO, % 7-8 Na2O - K2O-dir. Asidik ve bazik vulkanik fəaliyyətlər nəticəsində iki növ pemza mövcuddur: Bunlar asidik pemza və bazik pemzadır. Bazik pemzaya bazaltik pemza və ya «Scoria» da deyilir. Bazaltik pemza tünd rəngdə - qəhvəyi və ya qara rəngdə olur. Ağırlığı 1-2 gr/cm3 civarındadır. Yer üzündə ən çox yayılan, tapılan və istifadə olunan növ — asidik pemza isə ağ və krem rənglərdə olur. Asidik xarakterli pemzalarda silis tərlkibi daha yüksək olduğundan inşaat sektorunda geniş istifadə olunur. Bazik xarakterli pemzalar da isə alüminium, dəmir, kalsium ve maqnezium birləşmələri yüksək olduğundan digər sənaye sektorlarında istifadə olunur.

Pemza daşları ilk olaraq antik Yunanlar tərəfindən istifadə olunub. ABD-da isə 1800-cü illər də kəşf edilib.

 

Pemza, bərkimiş dəri sahələrini çıxarmaq üçün gigiyena məhsulu olaraq geniş istifadə olunur. Qədim dövrlərdən bəri, Tiren dənizindəki (İtaliya) Aeol adalarında pemza yataqları məlumdur. Pemza yataqları əsasən Kamçatkadadır. Bundan əlavə, pemza tədarükçüləri - Yeni Zelandiya, Almaniya, Avstriya, Yaponiya və Fransadır.

 

Sabun ixtirasından əvvəl, insan bədənindən çirkli maddələrin silinməsində əsas vasitəsi kimi pemzadan istifadə olunurdu. Pemza tərkibində maddələr bu gün də kosmetika istehsalında təbii məhsul kimi istifadə olunur.

 

Tibbi kosmetologiya dərinin çirki və qatlaşmış qatını azad etməkdə gigiyena məhsulu olaraq məhz təbii pemzadan istifadə etməyi tövsiyə edir.