Bu maraqlıdır!

Çiçək, yoxsa qartopu?

May ayında çiçəkləyən “Kalina Buldenej” yaz fəslinin ən gözəl güllərindən sayılır. Bu kol bitkisinin əsas özəlliyi çiçəklərinin qar topalarına bənzəməsidir. Gülün adı fransızcadan (Вoule de Neige) tərcümədə qar kürəsi mənasını verir. İki-üç metr hündürlüyündəki dekorativ bitkinin çiçəkləri bir aya yaxın ağacda qalır. Qartopu formasındakı olan çiçəklər elə qar kimi də yumşaqdır.

AZƏRTAC “Kalina Buldenej” bitkisinin əsrarəngiz gözəlliyə malik çiçəklərinin Xaçmaz rayonunda çəkilən fotolarını təqdim edir.