Təbiət

Torbalı güvə tırtılı

Torbalı güvə tırtılı, və ya Psixid (lat. Psychidae) – kiçik və qeyri-adi kəpənəklər ailəsinə aiddir. Bu ailəyə təxminən 1000 növ daxildir. Torbalı güvə tırtılını qeyri-adi edən onun yumurtadan çıxdıqdan dərhal sonra, topladığı kiçik ölçülü budaqları müəyyən ölçülərdə kəsib, üs-üstə toplayıb və özünə müdafiə məqsədli bir məbəd şəklində sığınacaq inşa etməsidir.


İnsan evinə bənzəyən bu tikililər sahiblərinə yer üzündə ən kiçik və ən istedadlı memarlıq adını verməyə haqq verir. Torbalı güvə tırtılının sığınacağı - güvənli və qoruyucu xarakter daşıyır və xüsusi məlzəmələrdən inşa edilir.


Tırtılın sığınacağı daxildən ipək örtüyündən bərkidilir və tırtılın içəridə sərbəst dönə bilməsi üçün kifayət qədər genişdir. Bəzi tırtıllar, hətta plastik şüşə parçaları kimi texnoloji materiallardan da istifadə edə bilər. Bütün bu elementlər ciddi şəkildə müəyyən edilmiş qaydada üs-üstə yığılır. Hətda tırtılların bu materiallardan istifadə edərkən, sığınacaq qura bilmədən məhv olduğu halları da qeydə alınıb.


Sığınacaq da iki boşluq var: 1-ci - tırtılın gəzmək və yemək üçün başını çıxardığı qabaq hissə, 2-ci  isə nəciz çıxartmaq üçün arxa hissədədir. 


Erkək tırtılın qanadlarının uzunluğu 8 ilə 50 mm arasındadır. Rəngləri əsasən boz, sarımtıl və ya qaradır. Dişi tırtıl adətən qanadsız olur. 


Yetkin torbalı güvə tırtılı qidalanmır, ağız aparatları inkşaf etməyib, buna görə onların ömrü son dərəcə qısadır: Dişilər bir neçə gün, erkəklər isə təxminən bir gün yaşayırlar. Erkək və dişi arasındakı xarici fərq böyükdür. Erkək psixidləri zəif uçsalar da həmişə qanadlıdırlar. Qanadları tüklə örtülüdür. Dişilər isə qanadsızdır. Heç vaxt inşa etdiyi yuvanı tərk etmir, bütün ömrünü orada keçirir və yuvaya yumurta qoyur.


Əsasən Afrika və Cənubi Amerikanın savannalarında, Qafqaz və Orta Asiyada geniş yayılıb.