Şeirlər

Məmməd Araz. Azərbaycanım mənim

Dünyada ölkələr var
Biri-birindən qəşəng.
Doğma yurdum, şən diyar,
Çəmənlərin rəngbərəng.
Sən hər yerdən gözəlsən,
Bir işıqlı əməlsən
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mənim,
Azərbaycanım mənim!