Görkəmli şəxsiyyətlər

Möcüzələr yaradıcısı Lui Paster

Fransız bioloq, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi Lui Paster 27 dekabr 1822-ci ildə Dol şəhərində dünyaya gəlib.


Dəri emalçısının 13 yaşlı oğlu Lui Paster portretləri çəkməsi və məktəbdə Günəş saatı düzəltməsi (həmin saat bu gün də məktəbdə saxlanılır) ilə hamını heyran etmiş, 27 yaşında Strasburq universitetinin professoru və 32 yaşında Lui universitetinin təbiətşünaslıq-tarix fakültəsinin dekanı olmuşdur.


Həmin illərdə qızı Jannanın tifdən vəfat etməsi onu çox sarsıdır və mikrobiologiyaya marağını daha da artırır. 6 iyul 1885-ci il dünya təbabəti tarixinə L.Pasterin tarixi kəşfi ilə daxil olur.


Quduz itin 14 diş yarasına məruz qalmış 9 yaşlı İosef Meysterin anası təbiblərin məsləhəti ilə Pasterə müraciət etmiş, hazırladığı vaksini həmin xəstənin üzərində ilk dəfə sınaqdan keçirmiş və nəticədə uşaq tamamilə sağalmışdır. Onun hazırladığı həmin vaksin sonralar dünya miqyasında tətbiq edilməyə başlamışdır.


Tibbi həkimlərin «həkimlərin hansısa kimyaçının məsləhətinə ehtiyacı yoxdur» deməsinə baxmayaraq, L.Paster öz tədqiqatlarını uğurla davam etdirmişdir. Alimin dostları ona kömək məqsədilə «fəxri hər aylıq təqaüd» təsis etmiş və ailəsinə müvafiq köməklik göstərmişlər.


O, quduzluğa qarşı vaksin kəşf edib və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib.


Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq edib. 1861-ci ildə çox sadə vasitələrlə apardığı bir adi təcrübədə Lui Paster sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır.


Alim işıq ilə bağlı işlərə maraq göstərib. Fermentasiya işlərinə çoxlu maraq göstərirdi və bu sahədə önəmli yekunlar əldə edirdi. O dedi ki fermentasiya işi bakterial fəaliyyətlərin nəticəsindədir və bu yekun öz-özünə maddə işləri ləyihəsini rədd etdi.


Olduqca gərgin iş rejimi 1868-ci ildə onun beyin insultu və sol tərəfinin iflic olması ilə nəticələnmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.


Alimə gələn məktubların birində ünvan əvəzinə bu sözlər yazılıb: «Möcüzələr yaradıcısına»