Təbiət

Dimdiyindən iynə kimi istifadə edən dərzi quşu

Dərzi quşları dimdiklərindən iynə kimi istifadə edirlər. Böyük bir yarpaq parçasının kənarında iti dimdiyi ilə dəliklər açaraq, bitki liflərini dəliklərdən keçirir və digər yarpaqlarla bir-birinə tikir. İç hissəsini isə növbənöv ot, saman kimi maddələrlə örtərək yuvasını inşa edir.

 

Dərzi quşu Hindistanda yaşayır. Yuvalarını hazırlayarkən əvvəlcə bir ağacda inkişafını davam etdirən yarpaqları seçərlər və kənarları üst-üstə düşəcək şəkildə bu yarpaqları çəkərək şəklə salarlar. Dərzi quşu bunun ardından iti dimdiyi ilə hər bir yarpağın kənarına bir dəlik açar. Yığdığı hörümçək toru və ya bitki liflərini bir dərzinin iynə-iplik istifadə etməsi kimi dimdiyi ilə dəliklərdən keçirər və düşmələrinə maneə törətmək üçün hər ilməni düyünləyər. Eyni əməliyyatı digər ucda da edərək iki yarpağı bir-birinə "tikmiş" olar. Bir cüt yarpağı, ya da tək bir yarpağı öz ətrafında çevirmək üçün onun yarısı qədər düyünə ehtiyac vardır. Daha sonra quş bu kisəni çəmənlərlə doldurub döşəyər. Ayrıca bu yarpaqlarla bağlanmış kisənin içində dişisinin yumurtalarını qoyacağı gizli bir yuva daha toxuyar.