Bu maraqlıdır!

İnanılmaz tarixi fakt

XIX əsrin əvvəllərində bir şotland fermeri bataqlığın yanından keçərək evə qayıdırdı. Birdən o, kiminsə kömək çağırışlarını eşidir. Fermer dərhal kömək üçün səs gələn tərəfə qaçır və batan bir oğlan uşağını görür. Oğlan bataqlığın ölüm saçan ağırlığından xilas olmağa çalışır, lakin bu çapalama onu ölümə daha çox yaxınlaşdırırdı. Oğlan qorxu və ümidsizlik içində qışqırırdı. Fermer tez bir qalın ağac budağı tapıb ehtiyatla ora yaxınlaşır və ağacı batan oğlana uzadır. Oğlan təhlükəsiz yerə çıxır. O, soyuqdan və həyəcandan əsir, göz yaşlarını saxlaya bilmirdi. Lakin əsas bu idi ki, o, xilas olmuşdu!

 


- Bizə gedək, - deyə fermer ona təklif etdi. - Sən sakitləşməlisən, paltarını qurutmalı, isinməlisən.

 

- Yox, yox, - oğlan dedi, - atam məni gözləyir. O, yəqin, çox narahatdır.

 

Minnətdarlıq ifadə edən gözlərlə öz xilaskarına baxan oğlan təşəkkür edib evlərinə gedir...

 

Səhər tezdən fermer onun qapısına gözəl bir karetanın yaxınlaşdığını gördü. Karetadan çox şıq və bahalı geyimli bir centlmen çıxıb ona sualla müraciət etdi:

 

- Dünən mənim oğlumu sizmi xilas etmisiniz?

 

- Bəli, mən, - deyə fermer cavab verdi.

 

- Mənim sizə borcum nə qədər olacaq?

 

- Xətrimə dəyməyin, cənab. Siz mənə borclu deyilsiniz, çünki mən hər bir normal insanın edəcəyi hərəkəti yerinə yetirdim.

 

 Yox, bilirsiniz, oğlum mənə çox əzizdir. İstədiyiniz məbləği deyin.

 

- Mən daha bu mövzu barədə danışmaq istəmirəm. Sağ olun.

 

Fermer getmək üçün geri döndü. Bu zaman onun oğlu evdən çıxdı.

 

- Bu sizin oğlunuzdur? - varlı qonaq soruşdu.

 

- Bəli, - fermer fərəhlə oğlunun başını sığalladı.

 

- Gəlin belə edək. Mən sizin oğlunuzu özümlə Londona aparım, onun təhsil haqqını ödəyim. Əgər o, atası kimi alicənabdırsa, onda nə siz, nə mən bugünkü hərəkətlərimiz üçün heyifsilənməyəcək, peşman olmayacağıq.

 

Bir neçə il keçdi. Fermerin oğlu əvvəl məktəbi, sonra Tibb Universitetini bitirdi. Bir müddətdən sonra o penisilini kəşf edən insan kimi bütün dünyada tanındı. Bu, Aleksandr Fleming idi.

 

Müharibə başlamazdan əvvəl bahalı London klinikalarından birinə həmin varlı cənabın ağır formada sətəlcəm olmuş oğlunu gətirmişdilər.

 

Fleminqin təhsil pulunu ödəyən həmin varlı kişinin adı Randolf Çörçill idi. Onun oğlu isə iki dəfə Fleminqlər ailəsi tərəfindən ölümdən xilas edilən, sonradan İngiltərənin baş naziri olmuş Vinston Çörçilldir. Sonralar hər dəfə bu hadisəni xatırlayan V.Çörçil deyirdi: “Bütün əməllərin sənə qayıdır”.