Təbiət

Həşəratların çoxalması

Həşəratların inkişafı tək boylarının artması ilə deyil, metamorfoza (başqa bir şəklə çevrilmə) ilə də müşahidə olunur. Çevrilmə iki mərhələdə-sürfə və böyümüş dövrdə baş verir. Sürfələr mərhələsində fərdlərin boy artması və inkişafı, böyümüş mərhələdə isə çoxalma və yerləşmə prosesi baş verir. Başqa hallarda bu iki mərhələ arasında orqanizmin dərindən yenidən qurulması –puo baş verir. Mərhələlər arasında iki əsas tip metamorfoza fərqlənir. Bunlar tam və natamam çevrilmələrdir. Müxtəlif qrup həşəratların çoxalması müxtəlif cür baş verir. Əksər həşəratlarda cütləşmədən qabaq öz növündən olan həşəratı tanımaq prosesi baş verir, bəzi növlərdə isə pərəstişkarlıq son həddə çatır.

 

Həşəratların inkişafı yumurtadan başlayır. Adətən yumurtalar qoyduqda həşəratlar gələcək nəslin qayğısına qalırlar. Sadə hallarda dişi yumurtaları qidaverici mühitdə (substrat) qoyurlar, bu da, çıxan sürfələrin qidalanmasına xidmət edir. Məsələn, bütün kəpənəklər, mişarçı cücülər, milçəklər belə edirlər. Daha çətin hallarda valideynlər sürfələr üçün yem tədarükü görürlər. Bəzi valideyn-həşəratlar balalarını yuvalarda böyüdürlər və burada da sürfələr üçün yem ehtiyatı hazırlayırlar.

 

Natamam çevrilmələrdə sürfələr ardıcıllıqla qabıqdan çıxırlar və böyük həşəratlara çevrilirlər. Natamam çevrilmiş sürfələr faset gözlərinə və tədricən böyüyən qanad hüceyrələrinə görə böyüklərə oxşayırlar. Məsələn, bu cür inkişaf çəyirtkələrdə olur.

 

Peyin böcəyi öz sürfələrinə peyin kürəcikləri hazırlayır.

 

Həşəratlar əks cinsin nümayəndələrini ən çox iyləmə və az bir səviyyədə görmə və toxunma qabiliyyətlərinə görə tanıyırlar. Məsələn, gecə kəpənəyi olan iri alabəzək kəpənəyin dişisi xüsusi cinsi feromonları ilə seçilir. Bunun hesabına erkəklər dişini 11 km məsafədən duymaq bacarığına malikdir. Bir-birini tanıdıqda onlar adətən xarakterik rəng və iy nümayiş edirlər.

 

Bəzi hallarda erkəklərin pərəstişkarlıq etməsi onların həyatını ölümlə nəticələndirir. Bir qayda olaraq, dişi cütləşmə vaxtı və ya sonra bütünlüklə erkəyi yeyir.

 

Yumurtadan böyük həşərata kimi inkişaf ayrı-ayrı növlərdə çox fərqlidir. Tez inkişaf qidaverici mühiti tez-tez dəyişən həşəratlarda xarakterikdir. Məsələn, leş milçəyini buna misal gətirmək olar. Gec inkişaf edən, məsələn, on yeddi yaşlı cırcıramanın sürfəsidir.

 

Leş milçəkləri nəm cəmdəklər quruyana kimi orada yaşaya bilirlər. Ona görə də sürfələr bir neçə sutka ərzində inkişaf edib böyüyə bilirlər. Bu, əsasən, isti iqlimdə daha çox nəzərə çarpır. Boş yerə demirlər ki, bir cüt milçəyin balaları bir öküzü şirdən daha tez yeyə bilirlər.

 

Əsasən qurumuş ağacla qidalanan böcəklərin və kəpənəklərin sürfələri bir neçə il ərzində inkişaf edirlər. Belə hadisələr məlumdur ki, 30 il qabaq kəsilmiş ağacdan düzəlmiş mebeldən böcək çıxmışdır.

 

Tam çevrilmiş sürfələr böyük həşəratlara oxşamır. Tam çevrilmə böyük həşəratlara sürfələrdən fərqli olaraq, əla həyat tərzi keçirməyə şərait yaradır. Buna görə də ətraf mühitə uyğunlaşma sürfələrdə və böyük həşəratlarda azad formalaşır və natamam çevrilən həşəratlara nisbətən daha mükəmməl səviyyəyə çatır.