Bu maraqlıdır!

Rusne adası

Rusne adası (lit. Rusnes sala) — Litva Respublikasının ən böyük adasıdır. Аdanın sahəsi 5 km² təşkil edir. İnzibati cəhətdən Klayped qəzasının Şilut rayonu ərazisinə daxildir. 

 

Ada Neman çayının deltasında yerləşir. Burada ada Neman çayının iki iri və bolsulu qolları ilə əhatələnmişdir. Skirvite qolu bolsulu və nisbətən dərin olmaqla, Rusiya Litva sərhədini keçir. Atmata qolu isə nisbətən dayazdır. Atmara çayı Baltik dənizinin Kurş körfəzinə tökülür.

 

Adanı materikə Atmata qolu üzərində yerləşən körpü birləşdirir. Rusiya tərəfi ilə əlaqə isə bərələrlə təmin edilir.

 

2004-cü ilə olan məlumata görə adada cəmi 1984 nəfər yaşayır. Adada sıxlıq 396,8 nəf./km²-dir.

 

Neman deltası və Rusne adası bir çox köçəri quşları özünə cəlb etdiyindən 1992-ci ildə bölgədə Rusne qoruğu təşkil edilmişdir. Ada düzənlik ərazidən ibarətdir. Maksimal hündürlük cəmi bir metrdir. Adanın yaşı 1100 il təxmin edilmişdir. Allüvial düzənlikdən ibarət olan adada çayların yuma və çökdürmə fəaliyyəti sahəsində dəyişikliklər müşahidə edilir.

 

Adada ilk yaşayanlar balıqçılar olmuşdur. Sonrakı dönəmlərdə Linoniya ordeninin nəzarətində olmuşdur. Adaya olan marağın səbəbi Baltik dənizində ticarət yollarının bir nöqtəsi kimi və strateji əhəmiyyəti ilə əlaqədardır.

 

Adada ilk kilsə 1419 ilə aiddir.

 

Adanı materiklə birləşdirən ilk körpü 1914 -cü ildə tikilmişdir. Lakin İkinci Dünya müharibəsi zamanı körpü dağıdılmışdır. Körpü yenidə 1974 -cü ildə təmir olunmuşdur.

 

1990-cı ildə Litva öz müstəqilliyini bərpa etdikdən sonra kollektiv kənd təsərrüfatı ləğv edilir. Torpaqlar fərdi torpaq mülkiyyətçilərinə qaytarılmışdır. 1967 -ci ildə Rusne şəhərinin ərazisi artıq bütün adanı əhatə edirdi.