Xəbərlər

Uşaqlar “Müasir nağıllar” oxuyacaqlar

Bakı, 29 noyabr, AZƏRTAC

 


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Müasir nağıllar” kitabı “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.


AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.


Nəşrə müəllifin son illər yazdığı əsərləri, o cümlədən Azərbaycan uşaq ədəbiyyatının inkişafı ilə bağlı keçirilmiş mötəbər müsabiqələrdə yüksək yerlərə layiq görülən nağıllar daxil edilib.


Kitabda yer alan nağıllar uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət daşımaqla yanaşı, mövzu, ideya, məzmun və süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Müəllif tərəfindən süjetlərə uyğun çəkilmiş rəngli şəkillər isə nağıllardakı obrazları və hadisələri asanlıqla qavramağa kömək edir.