Şeirlər

Ələmdar Quluzadə. Tələt tərbiyə alır

Uşağın mərdliyinə
Hamı məəttəl qalır,
Şüşəni sındıranda
Tələt boynuna alır.

 

Dinməzcə qulaq asır
Ona bir söz deyəndə,
Evdən icazə alır
Oynamaq istəyəndə.

 

Bağçada nə eşitsə
Onun yadında qalır.
Axı tərbiyəçidən
Tələt tərbiyə alır.