B

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

United Kingdom of Great Britain and Northern Ireland
 

 

Coğrafi mövqeyi – Avropanın şimal-qərbində Britaniya adalarında yerləşir. Kontinental Avropaya La Manş (Fransa) kanalı ilə birləşir.

 
Sahəsi – 243 809 kvadratkilometrdir.
 
Əhalisi – 61 milyon nəfərdən çoxdur (2009).
 
Paytaxtı – London.
 
Rəsmi dili – İngilis dili.
 
Ərazi bölgüsü - Tərkibinə dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya daxildir.
 
Pul vahidi – Funt Sterlinq = 100 pens.
 
Dövlət quruluşu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı konstitusiyalı monarxiyadır. Böyük Britaniya kraliçası həm də daha 17 müstəqil dövlətin başçısı sayılır. Onlar bir vaxtlar Britaniya İmperiyasından qalma ərazilərdir. Faktiki olaraq isə dövlət işlərini Baş nazir idarə edir.
 
Ən iri şəhərləri - London, Birmingem, Qlazqo, Mançester, Edinburq, Liverpul.
 
Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin üzvüdür.
İnkişaf etmiş ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır.