Q

Qazaxıstan Respublikası

Қазақстан
 

 

Coğrafi mövqeyi - Avrasiya materikinin mərkəzində, Xəzər dənizi sahilində yerləşir.
 
Sahəsi - 2 milyon 724,9 min kvadratkilometrdir. Ərazisinə görə Mərkəzi Asiyada birinci, dünyada 9-cu yeri tutur.
 
Əhalisi – 16,793 milyon nəfərdir (2012).
 
Paytaxtı – Astanadır.
 
Rəsmi dili – Qazax dilidir.
 
Ərazi bölgüsü - 14 vilayət, 3 respublika tabeli şəhər (Astana, Almatı, Baykonur), 83 şəhər, 168 rayon, 174 qəsəbə və 7743 kənddən ibarətdir. Ən böyük şəhəri Almatıdır.
 
Sərhədləri - Şimal, şimal-şərq və şimal-qərbdə Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır.
 
Pul vahidi – 1 tenqe = 100 tiın.
 
Dövlət başçısı – Qazaxıstan Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Respublika.