D

Dostoyevski Fyodor Mixayloviç

Достоевский Фёдор Михайлович
 
1821-ci il oktyabrın 30-da (11 noyabr) Moskvada anadan olub. 
 
Peterburq Mühəndis Məktəbini bitirib. Kiçik leytenant rütbəsində Peterburqdakı İstehkam Müdirliyində xidmət edib.
 
1849-cu ildə “Petraşevski işi” ilə bağlı həbs edilir. Güllələnmə cəzasına məhkum olunan Fyodorun cəzası sonradan dəyişdirilərək katorqa ilə əvəzlənir. Sürgün xatirələri onun “Ölülər evindən qeydlər” əsərində yer alır.
 
1863-cü ildə qardaşı Mixail ilə “Epoxa” jurnalını təsis edir. Lakin jurnalın ömrü çox uzun olmur və tezliklə bağlanır. Maddi sıxıntı və ehtiyac içərisində yaşayan yazıçı “Cinayət və cəza” əsərini yazır və bu əsərə görə yaxşı qonorar alır. Pul kreditorların əlinə keçməməsi üçün 1867-ci ildə Almaniyaya gedir.
 
Daha sonra vətənə qayıdan ədib bir müddət Novqorod quberniyasında yaşayır və 1878-ci ildə Peterburqa köçür. 
 
Vərəm xəstəliyinə tutulan Fyodor yatağa düşür və 1881-ci il yanvarın 28-də (9 fevral) Sankt Peterburq şəhərində Tixvinsk məzarlığında torpağa tapşırılır, ədibin dəfn mərasimində təxminən 30 000 adam iştirak edir.