E

Eldar şamı

Pinus eldarica
 
İynəyarpaqlı ağac növü.
 
Azərbaycanın III dövr relikt bitkisi olub, təbii halda yalnız Eldar düzünün qərb hissəsində Qabırrıçayın sağ sahilində, eləcə də Gəncədə Ellər oyuğunda yayılmış nadir ağac növü. 2004-cü ildə 2000 hektara yaxın eldar şamı meşəsi Göy-göl qoruğundan çıxarılaraq onun əsasında Eldar Şamı Qoruğu yaradılıb.
 
Eldar şamının Hündürlüyü 20 metrə çatır, düz gövdəli və geniş çətirlidir. Yarpaqlarında C vitamini və karotin var. Oduncağından skipidar, kanifol alınır. Yaxşı tikinti materialıdır.
Eldar şamından bir çox digər növ şam ağaclarının bitmədiyi rayonlarda yaşıllaşdırma məqsədi ilə istifadə olunur.