Ə

Əlcəzair Xalq Demokratik Respublikası

Al-Jumhūrīyah al-Jazā’irīyah ad-Dīmuqrāţīyah ash-Sha’bīyah
 
 
Coğrafi mövqeyi – Şimali Afrikada, Aralıq Dənizi hövzəsinin qərbində yerləşir.
 
Sahəsi – 2 382 min kvadrat kilometrdir (Ərazisinin böyük hissəsi Saxara səhrasında yerləşir).
 
Əhalisi – 37,1 milyon nəfərdir (2012).
 
Paytaxtı – Əlcəzair şəhəridir.
 
Rəsmi dili – Ərəb dilidir.
 
Ərazi bölgüsü – 48 vilayətə, 553 dairəyə, 1541 bələdiyyəyə bölünür.
 
Sərhədləri – Qərbdə Mərakeş Krallığı, cənub-qərbdə Mavritaniya İslam Respublikası və Mali Respublikası, cənub-şərqdə Niger Respublikası, şərqdə isə Liviya dövləti və Tunis Respublikası ilə sərhəddir, şimalda Aralıq dənizi ilə hüdudlanır.
 
Pul vahidi – 1 Əlcəzair dinarı =100 santim.
 
Dövlət başçısı – Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – Konstitusiyalı respublika.