G

Gilavar

Azərbaycanda əsasən Abşeron yarımadasına xas olan, cənubdan əsən külək
 
İran, İraq və Orta Asiya üzərində yüksək, Şimali Qafqaz və Orta Xəzər üzərində alçaq təzyiq sahələrinin yaranması zamanı əmələ gəlir. Xəzri (şimal) küləyinə nisbətən isti olur. Əsasən ilin isti dövrlərində əsir. Sürəti adətən saniyədə 2-10 metr arasında dəyişir.
 
Gilavar terminindən mətbuatda ilk dəfə Həsən bəy Zərdabi, coğrafi ədəbiyyatda isə coğrafiyaşünas Qafur Rəşad istifadə etmişdir.