L

La Skala

La Scala
 
Milan şəhərində məşhur opera teatrı
 
Milanın Della Skala meydanında (Piazza della Scala) Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılıb.
 
Memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilib.
 
1778-ci il avqustun 3-də Antonio Saliyerinin “L’Europa riconosciuta” operasının premyerası ilə açılıb.
 
100 metr uzunluğa və 38 metr enə malik olan bina yeni barokko üslubunda tikilib və özünəməxsus akustikası ilə seçilir.
 
1943-cü ildə İkinci Dünya müharibəsi zamanı dağıdılan bina qisa müddət ərzində bərba edilərək, 1946-cı il mayın 11-də yenidən istifadəyə verilib.
 
2001-ci ildə akustik sistemlərin yeni standartlarla qurulması səbəbi ilə təmirə dayanan opera 2004-cü il dekabrın 7-də yenə də “L’Europa riconosciuta” operası ilə açılıb.