N

Nabran

Azərbaycan Respublikasının Xaçmaz rayonunun ərazisində qəsəbə, istirahət mərkəzi
 
Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədi yaxınlığında yerləşir. Əhalisi 1 300 nəfərdən çoxdur. 
 
Paytaxt Bakıdan 195 kilometr uzaqlıqda yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnib. Bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsi şərqdə Xəzər dənizi ilə hüdudlanır. Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir.