O

Okean

Materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su hövzələri
 
Tərkibinə dənizlərin, körfəzlərin, boğazların daxil olduğu Dünya Okeanı ümumilikdə Yer səthinin 71 faizinə yaxın hissəsini təşkil edir və sahəsi təqribən 361 milyon kvadratkilometrdir.
 
Okean diblərinin relyefi mürəkkəb və müxtəlifdir.
 
Əvvəllər Dünya Okeanı, 4 okeana - Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanına ayrılırdı. 2000-ci ildən etibarən Beynəlxalq Hidroqrafiya Təşkilatının tövsiyəsi ilə 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular bəzi hallarda 5-ci okeana - Cənub okeanına aid edilir.
 
Okeanların sahəsi, həcmi və ən dərin nöqtələri:
 
Sakit okean – sahəsi 178,68 milyon kvadratkilometr, həcmi 710,36 milyon kubkilometr, orta dərinliyi 3976 metr, ən dərin nöqtəsi 11 022 metrdir (Marian çökəkliyi);
 
Atlantik okeanı – sahəsi 91,66 milyon kvadratkilometr, həcmi 329,66 milyon kubkilometr, orta dərinliyi 3597 metr, ən dərin nöqtəsi 8742 metrdir (Puyerto-Riko çökəkliyi);
 
Hind okeanı – sahəsi 76,17 milyon kvadratkilometr, həcmi 282,65 milyon kubkilometr, orta dərinliyi 3711 metr, ən dərin nöqtəsi 7209 metrdir (Zond çökəkliyi);
 
Şimal Buzlu okeanı – sahəsi 14,75 milyon kvadratkilometr, həcmi 18,07 milyon kubkilometr, orta dərinliyi 1225 metr, ən dərin nöqtəsi 5527 metrdir (Qrenlandiya çökəkliyi).
 
Dünya okeanının ümumi sahəsi - 361,26 milyon kvadratkilometr, həcmi 1340,74 milyon kubkilometrdir.