O

Ostrovski Nikolay Alekseyeviç

Николaй Алексeевич Острoвский
 
Sovet yazıçısı
 
1904-cü il sentyabrın 29-da Rusiya imperiyasının Volınsk quberniyasının Viliya kəndində (İndiki Ukrayna ərazisi) zabit ailəsində anadan olub.
 
İlk təhsilini kilsə məktəbində alan Nikolay 1919-cu ildə könüllü olaraq cəbhəyə gedir və kürəyindən ağır yaralanır.
 
1922-ci ildə Kiyev şəhərində dəmir yolu tikintisində işləyərkən bərk soyuqlayır, daha sonra yatalaq xəstəliyinə tutulur.
 
1927-ci ildə cəbhədə aldığı yara və ağır iş şəraitindən proqresiv poliartrid, əzələlərin tədricən sümükləşməsi xəstəliyinə tutulur, əvvəlcə iflic olur, 2 il sonra görmə qabiliyyətini itirir.
 
1930-cu ilin payızında özünün icad etdiyi trafaret vasitəsilə "Polad necə bərkidi" romanını yazır. 
 
1935-ci ildə Lenin ordeni ilə təltif olunur.
 
1936-cı ildə ölümünə yaxın Qərbi Ukrayna inqilabından bəhs edən üç cildlik "Fırtınadan doğulmuşlar" romanını bitirir. Lakin özünün də etiraf etdiyi kimi bu əsər əvvəlki romandan xeyli zəif alınır. 
 
Nikolay Alekseyeviç Ostrovski 1936-cı il dekabrın 22-də Moskva şəhərində vəfat edir və Novodeviçe qəbiristanlığında dəfn olunur.
 
Əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr edilib.