M

Mayya sivilizasiyası

İndiki Meksikanın cənubu və Mərkəzi Amerikanın şimal ərazilərində mövcud olmuş qədim sivilizasiya
 
Bu böyük mədəniyyətin sərhədləri daxilində hazırda Qvatemala, Beliz, Salvador və Honduras dövlətləri yerləşir. Tarixdə mükəmməl əlifbası, incəsənəti, arxitekturası, riyaziyyatı və astronomik sistemi ilə tanınır.
 
Təqribən eramızdan əvvəl 2000-ci ildən XVI əsrdə ispan kolonistlərinin gəlişinə qədər mövcud olub.
 
Bu sivilizasiyaya məxsus daş tikililərin bir hissəsi indiyə qədər qalmaqdadır. Mayyalıların tərtib etdikləri təqvimdən Mərkəzi Amerikadakı digər xalqlar da istifadə edirdilər. Onların səmərəli əkinçilik sistemləri, həmçinin astronomiyaya dair dərin bilikləri vardı.
 
Meksika, Qvatemala, Honduras əhаlisinin bir hissəsi Qədim mayyalılardan törəmə xalqlardır. Onların bir sıra yaşayış məskənləri UNESCO-nun dünya irsi siyahısına daxil edilib. Mayya mədəniyyətinin bu günə qədər 1000-dən çox yaşayış məskəni tapılıb. Əsas şəhərləri Palenke, Kopan, Uşmal, Tikal, Bonampak, Çiçen-İtsa və başqalarıdır
 
Tarixən Baakul, Mutul, Kanul şahlıqları tərəfindən idarə olunub.
 
Hazırda Yukatan yarımadasında, Beliz, Qvatemala və Hondurasda 6 milyondan çox mayyalı yaşayır. Hazırkı dinləri katolik dini ilə ənənəvi mayya dininin sintez şəklində qurulub.
 
Ənənəvi dinləri politeistikdir. Bir çox dünya xalqları kimi, mayyalılarda da qan tökmək çox böyük əhəmiyyət kəsb edirdi. Bizim günlərə kimi çatmış bir çox keramik əşyalardakı şəkillərdə  bununla bağlı mistik ritualları görmək olar. İnanca görə, qan insan enerjisinin mənbəyi və insan ruhunun simvolu sayılırdı.
 
Qan tökmə proses fərqli - suda boğma, vulkanik daşdan hazırlanmış iti bıçaqlarla sinəni kəsib "döyünən ürəyin" çıxarılması, “senot” adlanan böyük kəhrizlərə atılması və başqa üsullarla həyata keçirilirdi.
 
Arxeoloqlar tərəfindən aşkar edilmiş ən qədim monument kitabə indiki Meksikanın Oaxako ştatındadır və bizim eranın 700-cü ilinə aid edilir.