T

Tapdıqov İlyas Oruc oğlu

İlyas Tapdıq
 
Azərbaycan şairi və tərcüməçisi
 
1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub.
 
Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. 
 
"Uşaqgəncnəşr"də redaktor, "Azərnəşr"də böyük redaktor, "Gənclik" nəşriyyatında redaksiya müdiri və baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində gənclər baş redaksiyasının baş redaktoru, Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda müəllim işləyib.
 
"Gözlər" (1959), "Arxalı dağlar" (1962), "Bir eşqin şimşəyi" (1966), "Əksim və qəlbim" (1968), "Meşənin mahnısı" (1973), "Çiçəklərim, güllərim" (1979) "Özümlə görüş" (1984), "Məhəbbət yolları" (1990) və başqa əsərlərin müəllifidir.
 
Uşaqlar üçün də bir sıra şeirlər yazıb.